Azərbaycanda rus dilində təhsil ləğv olunsun – TƏKLİF

Azərbaycanda rus dilində təhsil ləğv olunsun – TƏKLİF
SOSİAL
13:12 01.06.2016
11589
“Biz azərbaycanlılar rus dilinə üstünlük vermişik”.
Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir və biz bu qalıqdan tez bir müddətdə xilas olmalıyıq. Biz azərbaycanlılar üzun illər ikidillilik şəraitində yaşamışıq və rus dilinə üstünlük vermişik, bir çox hallarda rus dili ana dilimizi üstələyib.
Bu fikirləri Ölkə.Az saytına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda elmi işçisi Cahid İsmayıloğlu deyib.
O, cəmiyyətimizdə indi hansı dil daha səviyyəlidir və daha üstün təhsil verir mövzusunda müzakirələrin getdiyini, hətta bu haqda ciddi fikir ayrılığının mövcud olduğunu vurğulayaraq əlavə edib:
“Hal-hazırda Azərbaycanda rus dilin inkişafı üçün böyük baza var və üstəlik təhsildə rus bölməsinin olması Azərbaycan dilinin və konkret olaraq uşaq ədəbiyyatının inkişafını ləngidir.
Buna görə ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməldir. Əks halda dilin inkişafı üçün stimul, tələbat olmayacaq, dilin inkişafı ləngiyəcək.
Adi bir misal deyim: bugün valideynlərin çoxu övladlarını rus bölməsində oxutmağa Azərbaycan dilində vəsait və əbəbiyyatın çatışmazlığını əsas gətirərək haqq qazandırırlar. Doğrudur bu çatışmazlıq var.
Nə vaxta kimi ki, anternativ dildə təhsil olacaq bu sahələrin inkişafı üçün tələbat və stimul meydana çıxmayacaq”.
C.İsmayıloğlu qeyd edib ki, ümumiyyətlə bugün Respublikamızda dil situasiyasını və buna uyğun dil siyasətini düzgün qurmaq üçün gələcəyə yönəlikli bir konsepsiya işləyib hazırlamağa böyük ehtiyac duyulur və bu konsepsiyada ilk olaraq Azərbaycan xalqının strateji maraqlarını qorunmalı, ana dilinin inkişafına əngəl olan bu kimi məsələlər həllini tapmalıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ordubadın 25 kəndi işıqsız qalacaq
21:55 24.09.2025
Ordubadın 25 kəndi işıqsız qalacaq
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
21:44 24.09.2025
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
21:37 24.09.2025
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
21:32 24.09.2025
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb
21:19 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb
Baş nazir: "Bolqarıstan 2026-cı ildə Rusiya qazından imtina edəcək"
21:10 24.09.2025
Baş nazir: "Bolqarıstan 2026-cı ildə Rusiya qazından imtina edəcək"
“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ
20:52 24.09.2025
“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
20:44 24.09.2025
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
20:40 24.09.2025
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
20:26 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
İmişlidə toyda zəhərlənənlərin son durumu
20:23 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin son durumu
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
20:18 24.09.2025
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
20:09 24.09.2025
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
19:57 24.09.2025
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
19:53 24.09.2025
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
19:53 24.09.2025
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər