“Azərbaycanda rus dilinə yaradılan şəraitə görə sizə təşəkkür edirəm” - Matviyenko

“Azərbaycanda rus dilinə yaradılan şəraitə görə sizə təşəkkür edirəm” - Matviyenko
SİYASƏT
22:28 12.04.2019
5877
"Əlbəttə, Rusiya-Azərbaycan münasibətlərində həlledici rol bizim ölkələrin liderlərinə, prezidentlərinə məxsusdur. Bilirik ki, Sizin ölkənizlə əməkdaşlığın genişləndirilməsinə böyük maraq var, çünki Sizin ölkədə sabitlik var, siyasi, sosial sabit vəziyyət, ölkənin iqtisadi inkişafının yaxşı dinamikası mövcuddur”.Bilirik ki, Sizin ölkənizlə əməkdaşlığın genişləndirilməsinə böyük maraq var, çünki Sizin ölkədə sabitlik var, siyasi, sosial sabit vəziyyət, ölkənin iqtisadi inkişafının yaxşı dinamikası mövcuddur”.

 AZXEBER.COM-un məlumatına görə, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib:

"Çox sağ olun, çox hörmətli cənab Prezident. İlk növbədə, bizim nümayəndə heyətini qəbul etdiyinizə, parlamentlərarası əməkdaşlığa göstərdiyiniz diqqət və dəstəyə görə səmimi qəlbdən Sizə təşəkkür etmək istəyirəm. Biz sizin gözəl ölkənizdə həmişəki kimi diqqət, qonaqpərvərlik, qayğı ilə əhatə olunmuşuq. Əminəm ki, nümayəndə heyətinin bütün üzvləri üçün, - onların əksəriyyəti ilk dəfədir ki, Azərbaycandadır, - bu səfər yaddaqalan olacaq. İlk növbədə, demək istəyirəm ki, səfərdən əvvəl mən Vladimir Vladimiroviç Putinlə görüşdüm. O, xahiş etdi ki, böyük salamlarını, ən xoş arzularını Sizə çatdırım. O, bir qədər əvvəl - aprelin 2-də Sizinlə olan telefon söhbətini də xatırladı. Bu sözləri Sizə məmnunluqla çatdırıram.

Çox hörmətli İlham Heydəroğlu, Sizinlə şəxsən görüşməkdən çox məmnunam. Həmişə bu görüşləri xatırlayıram. Bakının necə inkişaf etməsinə heyran qaldığımı növbəti dəfə bildirməyə bilmərəm. Mən Bakıda, Azərbaycanda 5 il idi ki, olmamışdım. Çox böyük dəyişiklər var - heyrətamiz, yeni binalar, nadir memarlıq nümunələri. Bilirsiniz, düşünürəm ki, əgər Heydər Əliyev sağ olsaydı, Azərbaycanda baş verən bu dəyişikliklərlə çox fəxr edərdi. Həqiqətən də mən çox yerlərdə, dünyanın bir çox ölkələrində olmuşam, bu cür dinamik, düşünülmüş inkişafa, belə gözəlliyə çox az yerdə rast gəlinir. Bizim səfər əlamətdar vaxta təsadüf edir. Düz bir il əvvəl Siz prezident seçkilərində inamlı qələbə qazandınız. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Sizə, Sizin daxili və xarici siyasi kursunuza güclü dəstək verdi. Bu qələbə həqiqətən olduqca layiqli və inamlı idi. Siz artıq qeyd etdiniz ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir, strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bu əlaqələrin, bu kursun bünövrəsini çox hörmətli Heydər Əliyev qoyub”.

Turizm sahəsində iki ölkə arasında əlaqələrin inkişafına da toxunan V.Matviyenko deyib: "Bizim əməkdaşlığımızın yaxşı ab-havasının əlaməti odur ki, Rusiyadan Azərbaycana gələn turistlərin axını əhəmiyyətli dərəcədə artıb. Ötən il 800 min rusiyalı gəlib. Düşünürəm ki, bu rəqəm ildən-ilə artacaq”.

Federasiya Şurasının sədri Azərbaycanda rus dilinə olan münasibətlə bağlı bildirib:

"Rus dilinə, mədəniyyətinə olan münasibətə, Azərbaycanda rus dilinin qorunub saxlanmasına yaradılan şəraitə görə Sizə dərin təşəkkürümü bildirirəm”.

V.Matviyenko iki ölkə arasında humanitar, mədəni, informasiya, təhsil sahələrində əlaqələrin uğurla inkişaf etdiyini bildirib, tələbə mübadiləsi proqramının reallışdırıldığını vurğulayıb, ölkəmizdə Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinin önəminə toxunub. Qonaq ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük töhfə verdiyini qeyd edərək deyib:

"Humanitar əməkdaşlığın inkişafına Azərbaycanın Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanımın töhfəsini biz çox yüksək qiymətləndiririk”.

V.Matviyenko Bakı Humanitar Forumunun sivilizasiyalararası dialoqun genişləndirilməsində roluna da toxunub. Parlamentlərarası münasibətlərdən danışan qonaq bu əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın "Dostluq” ordeninə layiq görüldüyündən və bu ordeni Prezident Ilham Əliyevin ona təqdim etməsindən böyük şərəf duyduğunu deyən Federasiya Şurasının sədri qeyd edib ki, özü və Rusiya parlamentariləri bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi işində səylərini əsirgəməyəcəklər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər