Azərbaycanda Rövşən Lənkəranski haqda film çəkilir

TOP4
12:47 07.04.2017
17372
Azərbaycanlı rejissor Rza Rzayev yeni film çəkir.
 
Bu haqda AZXEBER.COM-a rejissorun özü məlumat verib.
 
Onun dediyinə görə, "Sən ona oxşamayasan" adlı film tanınmış kriminal avtoritet Rövşən Lənkəranskiyə həsr edilib: "Sən ona oxşamayasan" - filmi Rövşən Lənkəranaskiyə həsr olunacaq. Filmdə bir azərbaycanlı daha çox hansı halda cinayət törədir, onun xarakteri harada daha çox üzə çıxır, azərbaycanlı "cinayətkar" öləndə və ölümündən öncə anasına nələri söyləyir, ata ve ana onun üçün hansı dəyərdi? suallarına cavab tapılacaq. Həmişə öldürən insanın ölümünə heç kim inanmır. Onların ölümü əfsanələr yaradır. Biz də "əfsanə" çəkəcəyik, amma gerçək əfsanə!"
 
Qeyd edək ki, Rza Rzayev bundan öncə evini sataraq Qarabağ müharibəsi haqda "Geyilməmiş ayaqqabılar" filmini çəkmişdi.
 

 

OXŞAR XƏBƏRLƏR