Azərbaycanda saathesabı əməkhaqqına keçid gündəmdə - Müzakirə mərhələsindədir

Azərbaycanda saathesabı əməkhaqqına keçid gündəmdə - Müzakirə mərhələsindədir
İQTİSADİYYAT
13:00 22.01.2026
256
"Saathesabı əməkhaqqı məsələsi hazırda hökumətə təqdim olunub və müzakirə mərhələsindədir”. 

AZXEBER.COM xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, saathesabı əməkhaqqı sisteminə keçid mərhələli şəkildə nəzərdə tutulur.

Vəli Quliyev qeyd edib ki, saathesabı və aylıq minimum əməkhaqqı formaları paralel olaraq saxlanılacaq. Bildirilib ki, bəzi ölkələrdə həm saathesabı, həm də aylıq minimum əməkhaqqı tətbiq olunur, bəzilərində isə yalnız saathesabı minimum əməkhaqqı mövcuddur.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR