Azərbaycanda sabaha olan hava proqnozu

Azərbaycanda sabaha olan hava proqnozu
10:56 05.04.2013
1256

Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, aprelin 6-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 14-19 isti olacaq. Bəzi yerlərdə temperatur 23 dərəcəyədək yüksələcək. Azərbaycanın rayonlarında aprelin 6-da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 26 dərəcəyədək yüksələcək. Dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir. Qeyd edək ki, son günlər Bakıda havanın orta sutkalıq temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub.

OXŞAR XƏBƏRLƏR