Azərbaycanda şagirdini hamilə qoyan müəllimlə bağlı qərar verildi

SOSİAL
17:06 16.05.2016
2428
Bir neçə gün əvvəl Şamaxı rayonunun Pirbəhli kəndində 15 yaşlı məktəbli qızın öz müəllimindən hamilə qalması olayı ölkədə böyük əks-səda doğurmuşdu.
AZXEBER.COM  lent.az-a istinadən bildirir ki, hadisənin ictimailəşməsindən sonra ailəli, 2 uşaq atası olan tarix müəllimi Elnur İbrahimov işdən çıxarılıb və daha sonra polis tərəfindən saxlanılıb. Artıq E.İbrahimov barəsində Şamaxı Rayon Məhkəməsi tərəfindən həbs-qəti imkan tədbiri də seçilib və onun istintaq müddəti ərzində təcridxanada saxlanılmasına qərar verilib.
Hazırda Şamaxı Rayon Polis Şöbəsində yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan müəllim barəsində Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

OXŞAR XƏBƏRLƏR