İş adamı özünü asdı - Azərbaycanda müəmmalı intihar

İş adamı özünü asdı - Azərbaycanda müəmmalı intihar
SOSİAL
13:09 30.01.2019
4704
 Cəlilabad rayonunda sahibkar intihar edib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə şəhərin S.Axundov küçəsində qeydə alınıb. 

Belə ki, rayon sakini, 1978-ci il təvəllüdlü Rəşad Sulduz oğlu Quliyev yaşayış evlərinin həyətindəki tikilidə özünü asaraq intihar edib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub.

R.Quliyev rayon ərazisində market sahibi olub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR