Azərbaycanda "Sağlam qidalanma təlimləri" adlı layihə başa çatdı - FOTOLAR

Azərbaycanda "Sağlam qidalanma təlimləri" adlı layihə başa çatdı - FOTOLAR
SOSİAL
16:54 02.09.2024
190
30 avqust 2024-cü il tarixdə "İstehlakçıların Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Sağlam qidalanma təlimləri" adlı layihəni yekunlaşdırıb.
 
Tədbiri giriş sözü ilə Birliyin sədri Emil Əkbərov açaraq layihə barədə məlumat verib: "1996-cı ildə qida problemləri ilə bağlı keçirilən Dünya Qida Sammitində qida təhlükəsizliyi anlayışı müəyyən edilmişdir. Qida təhlükəsizliyi "bütün insanlar sağlam və aktiv həyat tərzi keçirmələri üçün istənilən vaxt kifayət miqdarda keyfiyyətli qida əldə etdikdə" yaranan vəziyyət olaraq müəyyənləşdirilmişdir. Bir qayda olaraq, qida təhlükəsizliyi anlayışı insanların qidaya olan ehtiyaclarını, o cümlədən onların qida üstünlüklərini təmin edən qidanı həm fiziki, həm də iqtisadi baxımdan əldə edə bilmək imkanını özündə ehtiva edir. Son bir ildə dünyanı cənginəalan pandemiya isə qida təhlükəsizliyi mövzusunu daha aktual etmiş, insanları daha diqqətli olmağa vadar etmişdir. Bu mənada "Sağlam qidalanma təlimləri" adlı layihəsinin reallaşdırılması zəruridir. İMD İB olaraq hesab edirik ki, yetərli deyil və Vətəndaş Cəmiyyəti bu istiqamətdə öz tövhəsini verməlidir. Təklifimizə müsbət cavab verdiklərinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkür edirəm"

Daha sonra Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev qida təhlükəsizliyi mövzusunda bu kimi layihələrin reallaşmasının önəmindən danışdı.

Sonra Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova geniş təqdimatla çıxış edərək sözügedən sahədə olan problemlərdən və onların həlli yollarından danışdı.

Daha sonra Cərrah Ankoloq Aytac Məmmədova geniş məruzə və prezentasiya ilə çıxış edib. Slide formatında baş tutan təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Kriptovalyuta üzrə təlimçi Sevda İbrahimova çıxışında insan sağlamlığının iqtisadi asıllığından danışdı.

"Grass Azerbaijan" rəhbəri, Baku.es saytının baş redaktoru Fikrət Məmmədov çıxış edərək qida təhlükəsizliyinin təminatının gələcək nəslin sağlam yetişməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini dedi.

Sonra tanınmış həkim Gündüz Bayramov çıxış edərək qida təhlükəsizliyinin insan sağlamlığının qorunmasındakı rolundan danışdı.

Sonda layihə çərçivəsində hazırlanan videoçarx auditoriyaya təqdim edilib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
22:30 19.03.2026
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
22:16 19.03.2026
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
22:08 19.03.2026
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
“Sabah” doğma meydanda qələbə qazandı
21:59 19.03.2026
“Sabah” doğma meydanda qələbə qazandı
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
21:53 19.03.2026
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
21:48 19.03.2026
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
21:41 19.03.2026
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
21:33 19.03.2026
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
21:24 19.03.2026
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
21:13 19.03.2026
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib