İsveçrədən ölkəmizə idxal edilən "Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan "Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında nöqsanlar aşkarlanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, uşaq qidasında "Sereulid" çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə AQTA-ya bildiriş daxil olub.
Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.












































