Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu

Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu
SİYASƏT
15:02 28.02.2018
2165
Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib.

AZXEBER.COM xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.

Onun sözlərinə görə, MSK 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari il martın 3-nə qədər başa çatdırılması qərara alınıb.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.
OXŞAR XƏBƏRLƏR