Azərbaycanda seçki günü iş olmayacaq

Azərbaycanda seçki günü iş olmayacaq
Siyasət
14:00 30.04.2013
3037

Milli Məclisdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.

AZXEBER.COM xəbər verir ki, dəyişikliyə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazisə iş günü hesab olunmur.

Səsvermə Əmək Məcəlləsinə görə, iş günü hesab edilməyən bayram gününə düşərsə, səsvermə Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.Layihəni təqdim edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədriƏli Hüseynlibildirib ki, bu dəyişiklik vətəndaşların istirahət hüququn tənzimlənməsinə xidmət edir.Həmçinin Məcəlləyə əlavə edilən yeni 211.5 maddəsində deyilir ki, “Məcəllənin 211.4 maddəsinin tələbləri nəzərə alınmaqla keçirilən seçkilərdə seçilmiş bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır”.Məcəllənin 243-cü maddəsinə edilən dəyişiklikdə isə bələdiyyələrə təkrar seçkilərin keçirilməsi üçün şərtlər açıqlanıb.

Dəyişiklikdə göstərilir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunla bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyələrin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrar seçkilər keçirilir.Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov dünyanın heç bir ölkəsində seçki müddətinin 3-4 ay olmadığını bildirib:

“Siyasətçinin fikirləri mətbuatda, internetdə yayıla bilər. İndi problem nədir? Ola bilər ki, hansısa partiya kiminsə prezidentliyə namizədliyini irəli sürüb.

Ancaq onun hüquqi statusu Seçki Məcəlləsində əksini tapıb. Ancaq prezidentliyə namizəd kimi qeydiyyata alınmadan həmin şəxs prezidentliyə namizəd kimi görüşlər keçirməyə başlanır.

Burada Əli Əhmədovun keçirdiyi görüşlərlə bağlı danışıldı. Əli Əhmədov qabaqcadan icra qurumlarını xəbərdar edərək qərargahında görüş keçirir, çayxanada, yaxud hardasa moizə oxumur.

Yaxud biri Bakıdan 100 nəfəri maşınla aparır, məqsəd də 100 nəfərlə görüş keçirməkdir. Sonra da yol hərəkəti qaydalarını pozur, deyir ki, görüşə imka verilmir”.Siyavuş Novruzov imza vərəqələri ilə bağlı problem olduğunu söyləyib:

“İmza vərəqinə imza atanın ora imza atdığı tarixi yazmasının nə əhəmiyyəti var? Seçki komissiyalarına gəlincə, Azərbaycanda seçki komissiyaları idealdır.

Fransada seçki Daxili İşlər Nazirliyi, Polşada hakimlər keçirir. Bizim kimdənsə öyrənməyə ehtiyacımız yoxdur. Onlar bizdən öyrənib daha demokratik seçki keçirsinlər”.Millət vəkili Zahid Oruc Almaniyada, Fransada baş nazirin 8-9 dəfə seçilə bildiyini xatırladıb:

“Üçüncü dövrdə prezident seçilən insan daha böyük məsuliyyəti üzərinə götürür. Həm də bu, xalqın iradəsi altında olur. Parlament üsul-idarəsində də baş nazir hökuməti formalaşdırır. Fərq nədir?!

Parlament üsul-idarəsinin fəsadlarını bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili və partiyası yaşayır. Xalqı da yaşayacaq”.YAP icra katibi Əli Əhmədov Seçki Məcəlləsinə dəyişikliyin məntiqli olduğunu dilə gətirib. O, İqbal Ağazadənin Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı fikirlərinə də toxunub:

“Seçki Məcəlləsi, seçki qanunvericiliyi hansısa partiyanın seçkidə qalib gəlməsinə xidmət edən amil deyil. Praktikada nəinki 4 ay, heç 3 ay seçki keçirən ölkə də tapmaq olmur.

Seçicilərə platformasını çatdırmaq məntiqi əsas götürülsə, gərək Azərbaycandan əhalisi və ərazisi 10 dəfə çox olan ölkələrdə il boyu seçki olsun. Ona görə də Azərbayada 2 aylıq müddət optimal bir müddətdir.

Zaman dəyişib, yeni texnologiyalar yaranıb, fikirləri cəmiyyətə çatdırmaq üçün müxtəlif yollar var. Digər tərəfdən, seçicilərlə görüş keçirmək üçün yerlər var.

İqbal Ağazadə o yerlərdən istifadə edilibmi? Qanunda yerlər müəyyənləşdirilib və heç kəs bunu əngəlləmək hüqüquna malik deyil.

YAP-a gəlincə. Mövsümü olaraq yox, il ərzində üzvləri ilə görüşlər keçirir. İqbal Ağazadənin nəzərinə çatdırıram ki, YAP-ın üzvləri 600 nəfər yox, 600 min nəfərdir. Biz üzvlərimizlə görüşlər keçirir və qarşıdan gələn seçkiləri müzaikrə edirik”.Seçki Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
Tarixdə bu gün - 28 avqust nə günüdür?
13:07 28.08.2025
Tarixdə bu gün - 28 avqust nə günüdür?
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
Prezident qəbul keçirdi - FOTOLAR
12:49 28.08.2025
Prezident qəbul keçirdi - FOTOLAR
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
12:45 28.08.2025
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
12:36 28.08.2025
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
12:23 28.08.2025
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
12:16 28.08.2025
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
12:03 28.08.2025
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
Tanınmış ginekoloq vəfat etdi - FOTO
11:53 28.08.2025
Tanınmış ginekoloq vəfat etdi - FOTO
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
11:48 28.08.2025
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
11:29 28.08.2025
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
11:10 28.08.2025
Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim etdi
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək
10:57 28.08.2025
Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək
Məşhur meyxanaçı Azərbaycandan getdi
10:54 28.08.2025
Məşhur meyxanaçı Azərbaycandan getdi