“Azərbaycanda seçki ilə bağlı böyük iş görülüb” –Sergey Lebedev

SİYASƏT
13:34 01.11.2015
809
“MDB-nin missiyası parlament seçkiləri ilə bağlı oktyabrın 14-dən Azərbaycanda monitorinqlər keçirir və ümumiyyətlə, müşahidəçilərdə seçkilərə hazırlıqla bağlı müsbət rəy formalaşıb”. Secki-2015.az saytının məlumatına görə, bu fikirləri MDB-nin müşahidəçilər missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev deyib.
Onun sözlərinə görə, seçkilərə hazırlıqla məşğul olan bütün strukturlar seçkilərə tam hazırdır: “Mən həmkarlarımla da danışmışam, çoxları seçki məntəqələrindədir, vəziyyət normaldır, seçki komissiyalarının üzvləri və iştirakçıları seçiciləri qarşılamağa hazırdırlar”.
S.Lebedev bildirib ki, müşahidələrə əsasən, Azərbaycanda seçki ilə bağlı böyük iş görülüb: "Bu, seçkilərin normal və sakit keçəcəyinə təminat verir”.
OXŞAR XƏBƏRLƏR