Azərbaycanda seçkidən sonra islahatların yeni mərhələsi başlayır: Xalqı incidən məmurlar gedəcək

Azərbaycanda seçkidən sonra islahatların yeni mərhələsi başlayır: Xalqı incidən məmurlar gedəcək
SİYASƏT
22:37 22.03.2018
7382
Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkisindən sonra Nazirlər Kabineti istefaya gedəcək və bir ay ərzində yeni hökumət formalaşacaq. Artıq indidən yeni prezidentin təsdiq edəcəyi yeni hökumətdə kimlərin təmsil olunacağı, kimlərin vəzifələrini itirəcəyi barədə ən müxtəlif fikirlər səslənməyə başlayıb.
 
AZXEBER.COM xəbər verir ki, büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması və oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi istiqamətində mütamadi olaraq işlər aparılır. bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
 
Sənəddə həmçinin qeyd edilib ki, dövlət idarəetmə strukturlarının optimallaşdırılması, idarəetmədə təkrarçılığın və paralelliyin aradan qaldırılması, büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması, oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi, çoxpilləli idarəetmə quruluşunun ləğv edilməsi, inzibati xərclərin azaldılması, bu sahədə dövlət büdcəsinin vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədi ilə dövlət büdcəsi xərclərinin tərkibində idarəetmə xərclərinin xüsusi çəkisinin azaldılması istiqamətində mütamadi olaraq işlər aparılır. Son illərdə bir sıra nazirliklərin və komitələrinin, habelə, yerli icra orqanlarının sayının azaldılması, onların bəzilərinin ləğv edilməsi, təşkilati-hüquqi formasının dəyişdirilməsi, birləşdirilməsi həyata keçirilib. Bundan əlavə, aparılan islahatlar sırasında iqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına xidmət edən bir sıra digər tədbirlərin də icrası nəzərdə tutulur.

Belə iddialar var ki, indiki nazirlərdən bəziləri bu hökumətdə yer almayacaq. Hətta Nazirlər Kabinetinin vitse-prezidentlik institutu ilə bir çox hallarda paralellik təşkil etdiyi üçün bu kabinetin tamam buraxılacağı iddia edilir. Ən çox fikirlər isə baş nazir Artur Rasi-zadə ətrafında cərəyan edir. Qocaman baş nazirin yeni hökumətdə yer almayacağı, parlamentin son iclasında sonuncu hesabatını verdiyi bildirilir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, seçkidən sonra yeni hökumətin təsdiq olunması Azərbaycan qanunvericiliyinə və reallığına uyğun bir addımdır: "Prezident seçkisindən sonra baş nazir yenidən təqdim olunur. Mənə elə gəlir ki, 11 aprel seçkisindən sonra Azərbaycanda struktur islahatlarının aparılması daha intensiv bir mərhələyə daxil olacaq. Eyni zamanda, təbii ki, bunun məntiqinə uyğun olaraq, kadr dəyişiklikləri də aparılacaq. Bu, şübhəsizdir. Yeni nazirlərdən kimlərinsə olmayacağı kimi fikirlər səslənir. Nazirlərin işə təyin olunmaları, yaxud çıxarılması cənab prezidentin səlahiyyətlərindədir. Biz, sadəcə, bu və ya digər şəkildə fikirlərimizi bildirə bilərik. Görünən odur ki, ölkə başçısının komandası müəyyən istisnalar olmaqla, kifayət qədər yetkin və peşəkardır. Etimadı az-çox itirən, öz sahəsində durğunluq yaradan, cəmiyyətin sosial sifarişlərini lazımınca qiymətləndirməyən, dünyada gedən proseslərin çağırışlarına cavab verə bilməyən məmurlar hakimiyyətdən gedəcəklər. Necə ki, 2017-ci ilin sonunda vergilər naziri vəzifədən uzaqlaşdırıldı, yerinə islahatçı, cəmiyyətdə kifayət qədər nüfuz sahibi olan Mikayıl Cabbarov gətirildi. Bu cür insanların bundan sonra da hakimiyyətin yüksək pilləsinə gətirilməsi istisna olunmur. Çünki bunlar proseslərin məntiqindən irəli gəlir.

Eyni zamanda, bu, kifayət qədər dinamik inkişaf edən, dəyişən dünyada gedən proseslərin çağırışlarına cavab verir. Yəni ölkədə siyasi və iqtisadi təhlükəsizliyin təmin olunması üçün hər şeydən əvvəl iqtisadi inkişafın təmin olunması, bunun dinamik xarakter daşıması, təkcə şəhərlərin deyil, regionların inkişafına diqqət yetirilməsi göz önünə gəlir. Bu baxımdan prezidentin həyata keçirmiş olduğu siyasət ən azından hər il ilin yekunlarına həsr olunmuş yığıncaqlarda prezidentin açılış və yekun nitqlərində bu məqamlar ciddi şəkildə önə çəkilir, proqram xarakterli konkret tapşırıqlar verilir. Prezident təkcə tapşırıqlarla kifayətlənmir, bunları sənədlər, sərəncam və fərmanlarda rəsmləşdirir. Ölkə daxilində əsas vacib olan amillərdən biri sabitliyin təmin olunması, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, demokratiyanın inkişafı, hüquqi və siyasi islahatların durmadan davamlı olaraq davam etdirilməsidir. Növbəti illərdə də əminəm ki, ölkə rəhbəri bu siyasətini davam etdirəcək. Xarici siyasətdə çoxqütblü, şaxələnmiş siyasətə üstünlük verilir, ikitərəfli görüşlər möhkəmləndirilir. Azərbaycan dünyada götürdüyü öhdəliklərə çox sadiq olan, sözü ilə əməli bir olan ölkə imicini qazanıb. Azərbaycan milli maraqlarını təmin edərkən başqa ölkələrin bu maraqlarını tapdalamır. Cənab prezidentin xarici siyasətinin unikal tərəfi budur. Azərbaycan transmilli layihələrin ortaya gətirilməsində və onun müəllifi, təşkilatçısı kimi çıxış etməsində də ciddi uğurlara imza atıb. Bu da dünya miqyasında Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına, mövqelərinin güclənməsinə mühüm töhfələr verir. Bunlar daxili siyasətdə də bu və ya digər şəkildə öz təsirini göstərir. Külli miqdarda valyutaların gəlməsi ölkə iqtisadiyyatının inkişafında öz töhfələrini verir. Bütövlükdə bu siyasətdə qarşıdan gələn prezident seçkilərində xalqın mütləq əksəriyyətinin böyük dəstəyi ilə bir daha prezident seçilən cənab İlham Əliyev tərəfindən davam etdiriləcək”.

Deputat Artur Rasi-zadənin vəzifəsi ilə vidalaşacağı ilə bağlı səslənən iddialara da münasibət bildirdi: "Artur müəllim çox dəyərli dövlət adamıdır. İdeyalara, prinsiplərə, Azərbaycanın müstəqilliyinə, ulu öndərimizin siyasi xəttinə və prezidentimizin həyata keçirdiyi bugünkü siyasətə çox sadiq bir insandır, təmənnasız dövlət adamıdır. Yüksək peşəkarlıqla hökumət üzvlərinin bütün fəaliyyətini koordinasiya edə bilir. Xüsusi olaraq, siyasi və iqtisadi sferada olan bizim hökumətin üzvləri, yəni nazirliklər, komitələr və buna bənzər ayrı-ayrı baş idarələr, digər qurumlar cənab Artur Rasi-zadə tərəfindən çox böyük müvəffəqiyyətlə idarə olunur, əlaqələndirilir, bütöv bir komanda halında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə özünün töhfəsini verir. Əslində bu hökumətin prezidentin tapşırıqlarının yerinə yetirilməsində Artur Rasi-zadə spiker rolunu oynayır. Yəni istiqamətləndirici, idarəedici, tənzimləyəciyi rol oynayır. Nə qədər ki, cənab Artur Rasi-zadəni ölkə prezidenti istəyəcəksə, bizim baş nazirimiz öz vəzifəsini icra edəcək. Çünki o, buna layiqdir. Qalan söhbətləri mən ayrı-ayrı şəxslərin düşüncələri və fantaziyalarının məhsulu kimi dəyərləndirirəm”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib