Azərbaycanda sədr rüşvət alarkən tutuldu

KRİMİNAL
01:24 24.11.2015
2733

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon tibbi-əmək ekspert komissiyasının sədrini həbs ediblər.

İnformasiyaya görə, komissiya sədri Fasad Mustafayev rüşvət aldığı məqamda yaxalanıb.

Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov virtualaz.org-a açıqlamasında faktı təsdiqləyərək araşdırma getdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR