Azərbaycanda şəlalə dondu - VİDEO

Azərbaycanda şəlalə dondu - VİDEO
SOSİAL
22:38 20.01.2023
374

Şimal bölgəsində havanın şaxtalı olması səbəbindən şəlalə donub.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, donan şəlalə Quba rayonunun Künxırt kəndi ərazisində yerləşən Suatan şəlaləsidir.

Hazırda dağlıq yaşayış məntəqələrində 10 dərəcə şaxta müşahidə edilməkdədir. Bəzi günlərdə isə temperatur mənfi 20 dərəcəyə qədər enib.

Qeyd edək ki, Suatan şəlaləsi Quba-Qonaqkənd yolunun yaxınlığında, rayon mərkəzidən 35 km aralıda yerləşir.


OXŞAR XƏBƏRLƏR