Azərbaycanda sərnişin dolu avtobus aşdı - Ölən və çox sayda xəsarət alanlar var
SOSİAL
13:01 01.06.2018
14248
Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, "KamAZ"a çırpılandan sonra aşan "Setra" markalı avtobus Gürcüstandan Bakıya gəlirmiş. Avtobus Hacıqabulun Pirsaat kəndi yaxınlığında qəzaya düşüb. İlkin məlumata görə, sürücü vəfat edib, xeyli insan xəsarət alıb.
Qəza zamanı avtobus aşandan sonra yenidən təkərləri üstünə qayıdıb.
Hadisə yerinə polis və ticili tibbi yardım briqadaları gəlib.