Azərbaycanda siqaret niyə bahalaşıb? - ARAŞDIRMA

İQTİSADİYYAT
16:40 04.02.2013
3165
Bazarlarda aksizsiz siqaretlərin sayı da artıbDünəndən etibarən Bakı şəhərinin pərakəndə ticarət obyektlərində siqaretlərin qiymətində mütəşəkkil qaydada artım müşahidə olunub. APA-nın xəbərinə görə, satış məntəqələrində həm yerli istehsal, həm də idxal olunan siqaretlərin 1 qutusu 10 qəpik bahalaşıb. Hələlik rəsmi qurumlar siqaretin bahalaşmasının səbəblərini şərh etməyib.Qeyd edək ki, son günlər ölkədə tütün məmulatlarının cəlb edildiyi aksiz vergilərinin dərəcəsində siqaretin bahalaşmasına səbəb olacaq dəyişiklik baş verməyib. Ölkəyə siqaret idxalı ilə məşğul olan xarici şirkətlər siqaretin bahalaşmasının səbəblərini şərh etmək istəməyiblər.Azərbaycanın ən böyük tütün məmulatları istehsalçısı olan “European Tobacco” şirkətindən isə bildirilib ki, şirkət öz məhsullarının qiymətlərini artırmayıb. Şirkətin regionlar üzrə satış meneceri Vüsal Şirinov qeyd edib ki, “European Tobacco” məhsullarının topdansatış qiymətləri əvvəlki kimi qalıb və burada heç bir dəyişiklik yoxdur. Topdansatış qiymətlərin artmadığı halda, pərakəndə ticarət sektorunda “European Tobacco” məhsullarının da bahalaşmasına gəlincə, satış meneceri bildirib ki, qiymətlərin artımı hansısa vasitəçilərin və satıcıların təşəbbüsü ola bilər, amma şirkət bunu araşdıraraq öz məhsullarının bahalaşmasının qarşısını alacaq: “Bizim topdansatış qiymətlərimiz qalxmayıb. Kimsə qaldırıbsa, bunu özü edib. Biz bu məsələni araşdıracağıq və satış qiymətinin özbaşına artımının qarşısını alacağıq”.Menecer həmçinin vurğulayıb ki, müəssisə öz məhsullarının topdansatış qiymətini müəyyənləşdirdiyi kimi, onların pərakəndə satış qiymətinə də nəzarət etmək imkanına malikdir.Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Azərbaycanda tütün məmulatlarının qiymətlərinin ucuz olduğunu bildirərək bu istiqamətdə qiymətlərin artırılmasını təklif etmişdi: “Bu məsələdə ən təsirli ölçü aksizlərin artırılması olar. Azərbaycanda siqaretin qutusu 3-4 manat olmalıdır. Bu, təkcə öz sağlamlıqlarına ziyan vurmayıb, həm də ətrafdakıları zəhərləyən siqaret çəkənlərin sayının azalmasına səbəb olacaq”.Məlumat üçün xatırladaq ki, Azərbaycan ÜST-nin tütünə qarşı Çərçivə konvensiyasına qoşulub. Bu sənədin VI fəslində siqaret çəkməyə qarşı mübarizə tədbirlərindən biri kimi tütün məmulatlarının qiymətinin qaldırılması göstərilir.Siqaretin bahalaşmasının arxasında vergilərin artırılması durur?“Azərbaycan Respublikasının 2011-2015-ci illər üçün tütünlə mübarizə üzrə Milli Strategiyası”nda da qeyd edilir ki, Azərbaycanda tütün məmulatları üzrə vergilər 2013-cü ildən etibarən 50 faiz qaldırılmalıdır: “Bu günə kimi Azərbaycanda siqaretin qiyməti Avropada ən aşağı qiymətlərdən biri, siqaret isə əhalinin bütün təbəqələri üçün əlçatan olaraq qalır. Bundan başqa, Azərbaycanda tütün məmulatlarına aşağı vergilər müəyyən edilib... Beynəlxalq təcrübə göstərir ki, tütün məmulatlarının qiymətinin qalxması tütün məmulatlarına tələbatın azalmasına çox təsir edir. Vergiləri artırmaq yolu ilə tütün məmulatlarının qiymətinin artırılması, xüsusilə gənclər və aşağı gəlir səviyyəsi olan qruplar arasında bu məhsulların istifadəsinin azalmasına yol açmaqla, cəmiyyətin gəlirlərinin artmasını təmin edir”.Dünya Bankının məlumatlarına əsasən, siqaretin qiymətinin 10% artımı, istehlakın 4% nisbətində aşağı enməsinə səbəb olur. Bu dəyişikliklər yüksək gəliri olan ölkələrdə 2,5-5%, orta və aşağı gəliri olan ölkələrdə 5-10% arasındadır.Ehtimal olunur ki, Azərbaycanda siqaretin bahalaşmasının arxasında qeyd edilən məsələ dayana bilər. Belə ki, yaxın vaxtlarda tütün məmulatlarına tətbiq olunan aksiz vergisinin artırılması istiqamətində addımların atıldığı ictimaiyyətə açıqlanarsa, təəccüblənmək lazım deyil. Lakin o da sirr deyil ki, Azərbaycanda çoxlu sayda aksiz markası olmayan siqaretlər satılır. Bəs bu siqaretlər ölkə bazarlarına necə girir? Bakıdakı supermarketlərdən birində çalışan mühasibin sözlərinə görə, daha çox aksissiz siqaret Rusiyadan idxal olunur: “Bildiyiniz kimi, Azərbaycan bazarlarında aksiz markası olmayan siqaretlərin satışı qadağandır. Lakin Rusiya istehsalı olan xeyli adda siqaret, məsələn, “Yava”, “Malbro-Kazak”, “Maksim”, və s. kimi siqaretlər Dağıstandan keçirilməklə qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilir. Gürcüstandan da aksizsiz siqaret gətirilir, bu, daha çox İsveçrə istehsalı olan siqaretlər olur”.Ümumiyyətlə, aksizsiz siqaretlərlə bağlı ölkədə hazırda böyük bir problem olduğunu deyən həmsöhbətimizin sözlərinə görə, bu sahədə ciddi inzibati tədbirlərin görülməsinə ehtiyac var.Siqaretin aldığı canlar

OXŞAR XƏBƏRLƏR