Azərbaycanda şirkətin seyfindən oğurluq edən şəxs tutulub.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da "Koroğlu” MMC-yə məxsus seyfdən 35 000 manat pul oğurlamaqda şübhəli bilinən MMC-nin işçisi, Bakı şəhər sakini Həsənağa Əlizadə tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, "Koroğlu” MMC Azərbaycan Respublikası ərazisində qənnadı məmulatlarının topdan və pərakəndə satışı ilə məşğuldur.