Azərbaycanda 35 yaşlı şirkət sahibinin meyiti tapıldı

Azərbaycanda 35 yaşlı şirkət sahibinin meyiti tapıldı
SOSİAL
13:02 07.04.2022
280
Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.

Hələlik onun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR