Azərbaycanda şirkətdən 115 min manatlıq traktor oğurlandı

Azərbaycanda şirkətdən 115 min manatlıq traktor oğurlandı
SOSİAL
14:54 18.12.2021
643
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rafiq Allahyarovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, R.Allahyarov 2015-ci il iyunun 21-23-də zərərçəkmiş şəxsə məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, ümumi ölçüsü 0,24 ha təşkil edən 1674-A nömrəli bağ sahəsini qanunsuz qazdırıb və 91 800 manat dəyərində qumunu daşıtdırıb.

Bundan başqa, o, həmin ərazidə ümumi dəyəri 105 300 manat məbləğində müxtəlif növ ağacları məhv edərək zərərçəkmişə ziyan vurub.

Həmçinin istintaqla müəyyən edilib ki, R.Allahyarov 2019-cu il fevralın 3-ü saat 04 radələrində şirkətlərdən birinin rəhbərinin Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanındakı satış mərkəzindən 115 000 manat dəyərində traktorunu oğurlayıb.

Eyni zamanda, o, 2019-cu il dekabr ayının sonlarından 2020-ci il yanvarın 12-dək olan müddət ərzində zərərçəkmişə məxsus "Qurd dərəsi” bağlar ərazisində yerləşən bağ evinin darvazasının qıfılını qıraraq qanunsuz daxil olub. Təqsirləndirilən şəxs oradan ümumi dəyəri 6 930 manat məbləğində dəmir su çəni, dəmir boru, dəmir şveller, dəmir qapı, mişar daşı və.s əşyalar oğurlayıb.

İstintaq orqanı tərəfindən R.Allahyarovun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 186.2.1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə dindirilən R.Allahyarov ittiham üzrə özünü qismən təqsirli bilib və əməllərindən peşmandır.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kanalda batan yeniyetmənin meyiti tapıldı
17:53 06.08.2026
Kanalda batan yeniyetmənin meyiti tapıldı
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
17:40 06.08.2026
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
17:29 06.08.2026
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
17:27 06.08.2026
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
17:23 06.08.2026
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
17:17 06.08.2026
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
17:10 06.08.2026
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
16:08 06.08.2026
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB