Azərbaycanda siyasətçi vəfat etdi

Azərbaycanda siyasətçi vəfat etdi
SOSİAL
14:15 02.03.2025
478
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Felmar Ələkbərli 75 yaşında vəfat edib.

AZXEBER.COM Teleqraf-a istinadla xəbər verir ki, bunu VHP sədri Sabir Rüstəmxanlı bildirib.

"Siyasi həyatımızda öz yeri olan, Azərbaycan sənayesinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş əziz dostumuz, gözəl insan Felmar Ələkbərli bu gün haqqa qovuşdu. Ailə üzvlərinə, dostlarına, yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - S.Rüstəmxanlı qeyd edib.

Qeyd edək ki, Ələkbərli Felmar Əli oğlu 10 fevral 1950-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub.

1967-ci ildə Ağdam rayonu, Mahrızlı kənd orta məktəbini və 1972-ci ildə Neft və Kimya İnstitutunun kimya texnologiya fakultəsinin "kimyaçı mühəndis” ixtisasını bitirib.

1968-ci ilin may ayından 1970-ci il avqustun 13-nə qədər Bakı Süd Kombinatında fəhlə işləyib. 1970-ci ildən Bakı Şin Zavodunda fəhlə, usta, növbə rəisi, sahə rəisi, sexin texniki rəhbəri və sair vəzifələrdə calışıb .

1987-ci ilin aprelindən 1989-cu il noyabrın 16-na qədər keçmiş SSRİ-in Lövlət Standartları Komitəsində Bakı Şin Zavoduna nəzarət edən nümayəndə heyətinin üzvü olub.

1989-cu il noyabrin 16-dan, SSRİ Kimya və Neftayirma Sənayesi nazirinin əmri ilə Bakı Şin Zavodunun direktoru təyin edilib. 1994-cü ildə işdən azad edilib.

Milli Məclisə keçirilən seçkilərdə 2010-cu ildə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən və 2015-ci ildə isə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd olub.

1997-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının Nərimanov rayon təşkilatının üzvü olub.

2000-2007-ci illərdə partiya Ali Məclisinin üzvü olub. 2007-2021-ci illərdə VHP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədr olub. 2021-ci il 14 fevral tarixində VHP Ali Məclisinin sədri və partiya Siyasi Şurasına üzv seçilib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
21:32 13.03.2025
Ağstafada 8 nəfər dönərdən zəhərlənib