İsmayıllıda gecə evə qayıdan ər arvadını güləllədi - Namus cinayəti

İsmayıllıda gecə evə qayıdan ər arvadını güləllədi - Namus cinayəti
SOSİAL
13:27 03.07.2018
5981

İsmayıllı rayonunda güllələnərək öldürülən qadının həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Kürdmaşı kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı həyat yoldaşı Cəfərov Elçin Kamil oğlu tərəfindən öldürülüb.

Elçin Cəfərov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, qətl hadisəsi namus üstündə baş verib. Gecə saatlarında evinə gələn E. Cəfərov həmkəndlisi, 1988-ci il təvəllüdlü Həsənov Məhəmmədəli Ağalar oğlunu evində, həyat yoldaşının yanında görüb. E. Cəfərov M. Həsənovu döyərək ona bədən xəsarətləri yetirib.

Bundan sonra isə həyat yoldaşını güllə ilə vuraraq öldürüb.

Ağır kəllə-beyin travması alan M. Həsənov İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR