Azərbaycanda şok - Nömrəni alana maşın pulsuz verilir

Azərbaycanda şok - Nömrəni alana maşın pulsuz verilir
SOSİAL
16:41 28.11.2018
4409
Avtomobil elanlarına görə tanınmış yerli facebook səhifələrinin birində məzəli avtomobil satışı elan yerləşdirilib.
 
AZXEBER.COM Avtosfer.az-a istinadən xəbər verir ki, elanı göndərən şəxs 10-KJ-500 dövlət nömrə nişanını 11000 manata satdığını, onu alacaq şəxsə nömrənin üstündə 2005-ci ilin "QAZ-31”-ini hədiyyə edəcəyini yazıb.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi fərdi şəxslərin dövlət qeydiyyat nişanlarını satmasının qanunsuz olduğunu dəfələrlə bəyan edib.
 
Nömrə yalnız DYP-nin Qeydiyyat-İmtahan İdarəsində və şöbələrində satıla bilər.
 

 

 


OXŞAR XƏBƏRLƏR