Azərbaycanda son vaxtlar xəstələnənlərin sayı artıb: Qripdir yoxsa koronavirus?

Azərbaycanda son vaxtlar xəstələnənlərin sayı artıb: Qripdir yoxsa koronavirus?
SOSİAL
13:39 17.10.2022
281
Son günlər ölkədə əhali arasında qrip formasında xəstəlik müşahidə olunur. Əsasən baş-boğaz ağrısı, halsızlıq və s. kimi əlamətlərlə özünü göstərən xəstəlik insanlar arasında narahatlığa səbəb olub.

Bəs bu, mövsümü xəstəlikdir, yoxsa yeni bir infeksiya yayılıb?

Tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib.

O, qeyd edib ki, payız vaxtı resperator xəstəliklərin xüsusi çəkisi artır:

"Məsələ burasındadır ki, payız vaxtı resperator xəstəliklərin xüsusi çəkisi artır. Adətən, hava-damcı yolu ilə yayılan virus xəstəlikləridir. Yuxarı tənəffüs yollarında parazitlik edən viruslar – rinaviruslar, odinoviruslar, adenoviruslar, qrip virusu və s. ola bilər. Elə koronavirusun zəifləmiş forması da özünü göstərə bilər”.

Həkim həmçininn qeyd edib ki, bu barədə rəsmi məlumata ehtiyac var:

"Əlbəttə, bütün bu situasiyalarda rəsmi məlumat əsasdır. Çünki xəstədən götürülən yaxmalar müəyyən olunmalıdır. Onlar identifikasiya olunmalıdır, ondan sonra dəqiq demək olar ki, bu gün əhali arasında yayılan xəstəlik konkret olaraq nədir. Bu, mövsümü qripdir, yoxsa koronavirus infeksiyasıdır. Bilirisiniz ki, koronavirusun hələ pandemiyadan öncə 4 növü insanlarda soyuqdəymə xəstəliyi törədirdi və demək olar ki, hər il peyda olurdu. Bu baxımdan da rəsmi məlumatlara ehtiyac var ki, onlar bunu identifikasiya edib, insanlara məlumat versinlər və lazımi təlimatlar versinlər. Amma bunu dəqiq demək olar ki, bu, resperatur virus infeksiyasıdır və hava-damcı yolu ilə yayılır”.
 
Aydın Nuri
 
OXŞAR XƏBƏRLƏR