Azərbaycanda turistlər şortik geyindiyi üçün kəndə buraxılmayıb.
AZXEBER.COM xəbər verir ki, hadisə İsmayıllı rayonunun Qalacıq kəndində olub.
Belə ki, kənd sakinləri turistləri kəndə buraxmayıb. Buna səbəb kimi isə turistlərin şortik geyinməsini iddia ediblər. Nəticədə hər iki tərəf arasında kiçik insident yaşanıb.
Şortik geyinən şəxs isə həmin anları telefonla lentə alıb. Həmin görüntüləri təqdim edirik: