Azərbaycanda sosial siyasət: Miflər və reallıqlar

Azərbaycanda sosial siyasət: Miflər və reallıqlar
SOSİAL
14:51 10.07.2023
2344
SOSIAL SIYASƏT: MİFLƏR VƏ REALLIQLAR

Qeyd etmək lazımdır ki, son 5 il ərzində Azərbaycan Respublikasında sosial müdafiə sistemində mütərəqqi idarəetməyanaşmalarının tətbiq edilməsi real göstəricilərdə ifadəedilməkdədir. Məhz bu idarəetmə mexanizmləriölkəmizdə sözügedən illər ərzində 4 sosial paketin reallaşdırılmasına imkan vermişdir ki, bu paketlər nəticə etibarilə bir tərəfdən əhalinin geniş təbəqələrinin sosial rifahına, digər tərəfdən iqtisadi inkişafın stimullaşdırılmasına və sosial sabitliyin qorunmasına danılmaz müsbət təsirlər göstərmişlər.

Belə ki, respublikada son 5 il ərzində minimum aylıq əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə, eyni zamanda orta aylıq əməkhaqqı68 faiz, median əməkhaqqı 2,1 dəfə, ölkənin əməkhaqqı fondu 2,5 dəfə, orta aylıq pensiya 2 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artmışdır.

Digər tərəfdən ünvanlı yardımın orta aylıq məbləği 3 dəfəyə yaxın artmışdır ki, bu da, zənnimcə,əhalinin sosial cəhətdən həssas kateqoriyalarının dövlət tərəfindən dəstəklənməsinin göstəricisidir.

Həmçinin 10-dan çox yeni sosial ödəniş növü (sosial müavinət və ARP təqaüdü) təsis olunaraq sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilmişdir. Eyni zamanda, əmək müqavilələrinin sayında 35 faiz (və ya 450 mindən çox) artım olmuşdur.

Fikrimcə, pandemiya dövründə tətbiq edilmiş sərt karantin rejiminin təsirləri, müharibə və postmüharibə şəraitində dövlətin sosial və iqtisadi öhdəliklərinin xeyli dərəcədə artması, dərinləşməkdə olan dünya iqtisadiyyatındakı böhran dövlətimiz qarşısında kifayət qədər mürəkkəb risklər və çağırışlar formalaşdırmışdırki, bu çağırış və risklərəadekvat reaksiya məhz efektiv sosial müdafiə siyasəti hesabına verilə bilərdi.

Bu baxımdan sevindirici haldır ki, dövlət başçısı tərəfindən ölkədə əmək və sosial müdafiə siyasətinin həyata keçirilməsinə cavabdeh olan qurumun rəhbərliyində aparılmış kadr dəyişikliyi ölkə Prezidentinin uzaqgörən siyasətinin növbəti göstəricisi kimi çıxış etmişdir.

Belə ki, əmək münasibətlərinin qanuni müstəviyə salınaraq əhalinin sosial müdafiə təminatının möhkəmləndirilməsi, korrupsiya halları ilə barışmaz mübarizə, intensiv şəkildə rəqəmsallaşmanın, proaktiv yanaşmaların tətbiqi, çevik idarəetmə mexanizmlərinin işlənilməsi qısa müddət ərzində elə sistemli nəticələrə səbəb olmuşdur ki, sahədəki problemlər barədə tənqidi yanaşmaların, miflərin təbiəti və məzmunu belə dərin transformasiyaya uğramışdır.

Əgər əvvəlki dövrdə sosial müdafiə ilə bağlı tənqidlər ilk növbədə korrupsiya ittihamları ilə bağlı idisə, artıq belə ittihamlar mövcud deyil. Son illər aparılan islahatlar sosial müdafiə seqmenti üzrə xidmətlərdə şəffaflıq mühiti formalaşdırıb.

Dövlət başçısının siyasi iradəsi də onu göstərir ki, sosial müdafiə sistemində şəffaflığın təmin edilməsi nəticəsində əldə olunan maddi resurslar sosial ödənişlərə, sadə dillə ifadə etsək insanlara istiqamətlənir.

Korrupsiyadan uzaq, şəffaf bir sistemdə artıq əsassız, haqsız yerə hər ay ödənişlər ala bilməyən bir qrup insan görərək ki, korrupsiya ilə bağlı müvafiq nazirlikdə "heç nə tapa bilmirlər”, çünki artıq birmənalı olaraq sosial müdafiə sistemində şəffaflıq təmin olunub. Və keçid edirlər müəyyən məsələlərlə bağlı manipulyasiyalara, əsassız iddilara...Kim isə deyəndə ki, nazirlik sosial müdafiə üzrə ödənişləri azaltmağa çalışır, bu tamamilə haqsız və əsassız yanaşmadır və yalandır. Bu məqalədə qeyd edilən konkret və real göstəricilər birmənalı olaraq son 5 ildə respublikada sosial xərclərin hətta dəfələrlə artdığını göstərir!

Zənnimcə, ən çox manipulyasiya edilən məsələlərdən biri də pensiya yaşı ilə bağlıdır. Amma bu istiqamətdə alolu çıxışlar edən "ekspertlər” nədənsə unudurlar ki, ölkədə real, effektiv pensiya yaşı onların təsvir etdikləri özlərinə sərf edən statistikadan yumşaq ifadə etsək, fərqlənir!

Belə ki, bir sıra kateqoriya insanlar peşələri, fəaliyyət spesifikası ilə bağlı qanunvercilikdə nəzərdə tutulan şərtlərə uyğun olduqları üçün daha erkən dövrlərdə pensiya hüququ qazanırlar. Nəticədə 01.05.2023-cü il tarixinə ölkədə real və effektiv orta pensiya yaşı(yaşa görə pensiya üzrə) 62,7 yaş, o cümlədən kişilər üçün 62,9, qadınlar üçün 62,5 yaş təşkil edir!

Burada qeyd etmək istəyirəm ki, xüsusi qaydalarla pensiyaya çıxan vətəndaşlarımızın sayı nə az, nə çox 362 min nəfər(!) təşkil edir və həmin insanların pensiya təminatını da dövlət reallaşdırır. Deməli, müvafiq tədqiqatlar aparılarkən, digər ölkələrlə müqayisələr edilərkən bu amillər,ən azından, nəzərə alınmalıdır. Amma dövlət tərəfindən 362 min nəfərə tətbiq edilən dəstəyi "tənqidçilər” görmür və yaxud görmək istəmir!

Yeri gəlmişkən, bir məqamı geniş oxucu auditoriyasına bildirmək, fikrimcə, məqsədəuyğun olar ki, 01.06.2023 –cü il tarixinə ölkədə 568 min 64 nəfər pensiyaçıya və ya bütövlükdə pensiyaçıların təqribən 58 faizinə 12 ildən artıq müddətdir ki, pensiya ödənilir.

Nəticə etibarı ilə, ölkədə pensiyaçıların pensiya aldıqları müddət orta hesabla 14,2 il təşkil edir ki, razılaşaq ki, səsləndirilən ittiham dolu”ekspert çıxışlarında”, hətta deputatlar tərəfindən ifadə olunan, zənnimcə, populist məzmunlu bəyanatlarda bu rəqəmlərə rast gəlmək olmur. Halbuki, bu rəqəmlər məhz reallığı əks etdirir və ictimaiyyət bu barədə müvafiq olaraq məlumatlı olmalı, baş verən proseslər düzgün dəyərləndirilməlidir.

Eyni zamanda, hesab edirəm ki, şəhid ailələrinə və müharibə veteranlarınadövlət dəstəyininhəyata keçirilməsinin son illər ərzində ölkəninsosial müdafiə siyasətinin ana xəttini təşkil etməsini, xüsusi olaraq, bildirmək vacibdir. Post-müharibə dövründə qəbul edilən genişmiqyaslı sosial zərf çərçivəsində şəhidlərin ailə üzvləri və müharibə veteranlarından ibarət 124 min şəxs nazrlik tərəfindən sosial dəstək yönümlü294 min xidmətlə təmin edilib.

Belə ki, şəhidlərin ailə üzvləri və müharibə veteranlarından ibarət 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 3,7 min şəxsə sığorta ödənişi edilib, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17, 2 min şəxs üzrə birdəfəlik ödəmə verilib. Digər tərəfdən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlərin hər ilartırılması təmin edilib, müharibə veteranlarına aylıq təqaüd təyin edilib.

Sözügedən genişmiqyaslı sosial zərf müstəvisində şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib, onlara postmüharobə dövründə 5 000 (ümumən ötən dövrdə 13,8 min),müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil (ümumən ötən dövrdə 7,5 mindən çox) təqdim edilib.  11 min şəxsə 46 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

Eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olan 1,9 min şəxs 36,9 min reabilitasiya vasitəsi, bu kateqoriyadan olan 432 şəxs 451 son nəsil müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibəiştirakçılarından 18,7 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Həmçinin vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 88,3 min şəxsə müvafiq xidmətlər göstərilib.

Vurğulamaq lazımdır ki, yeni texnoloji quruluş çərçivəsində hər bir sistemdə olduğu kimi sosial müdafiə sistemində də rəqəmsallaşmanın tətbiqi dayanıqlı şəkildə təmin edilməlidir. Son 5 il ərzində ölkədə əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və digər sahələrdə geniş elektronlaşma proqramları icra olunub.
 
Önəmli göstəricilərdən biri məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 153 xidmətindən 140-dan çoxunun, yəni 90 faizdən çoxunun elektronlaşmasıdır. Sosial sahədəelektronlaşma istiqamətləri çərçivəsində 2019-cu ildən 51 proaktiv xidmət yaradılaraq fəaliyyət göstərməkdədir. 715 min proaktiv təyinat həyata keçirilib, 692 min fərdi hesabın e-qaydada açılması təmin edilib.

2018-2023-cü illərdə bu e-xidmətlərə müraciət sayı 64 milyon olub. Hazırda nazirliyin e-sistemlərinin müxtəlif qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və bu inteqrasiya üzərindən 2018-2023-cü illərdə Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya vasitələrinə sorğu və müraciət sayı 572 milyon olub.

2022-ci ildə Nazirlik "Hökumət Buludu”na tam olaraq keçidi təşkil edən ilk qurum olub. Hazırda Nazirliyin 31 e-arayış xidməti vardır ki, 2018-2023-cü illərdəbu xidmətlər üzərindən 3,3 milyon e-arayış verilib.Mühüm innovativ uğurlardan biri kimi, dövlət başçısının 2018-ci il 5 sentyabr tarixli Fərmanı iləyaradılan "e-sosial.az” portalı ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara çıxış və 100-dən çox sosial xidmətdən çevik rejimdə yararlanmaq imkanı verir. Ötən dövrdə bu portaldan istifadə sayı 69 milyon olub.

Son 5 ildə Azərbaycanda aparılan sosial islahatların nailiyyətləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir və 35 beynəlxalq mükafat və sertifikat əldə edilib.

Qeyd etmək lazımdır ki, bütün bu amillər ölkədə aparılan dayanıqlı sosial siyasət çərçivəsində əhalinin sosial rifahının yüksəldilməsinişərtləndirənəsas, magistral istiqamətlərdəndir. Əhalinin sosial müdafiəsi kontekstində kompleksli vəsistemli şəkildə təhlil edilmiş müsbət trendlərölkədə sosial rifahın möhkəmləndirilməsiistiqamətində aparılan siyasətin effektivliyini və bu istiqamətdə idarəetmənin mütərəqqiliyini sübut etmiş oldu.

Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, bir qrup insanların öz dar, şəxsi maddimaraqlarına əsaslanan çıxış, bəyanat və təxribatlarına baxmayaraq, ölkədə sosial müdafiə sistemi dövlətimizin milli maraqlarının təmin edilməsinə, respublikamızın iqtisadi qüdrətinin güclənməsinə xidmət edir.

Fikrimcə, bütün bunlar əminliklə onu bildirməyə əsasverir ki, əhalinin geniş təbəqələrinin sosial müdafiəsi ilə bağlı Ölkə Prezidenti tərəfindən formalaşdırılmışməqsədlərin reallaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün danılmaz prioritet istiqamət təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında İctimai Şuranın Sədri,

İqtisad üzrə elmlər doktoru, Professor Elşad Məmmədov
OXŞAR XƏBƏRLƏR