Azərbaycanda şou veriliişi hazırlayan şirkət fırıldaqçılıqla məşğuldur? - ŞİKAYƏT

MAQAZİN
00:30 25.01.2014
10083
Lider TV-də "Mix Maqazin" adlı veriliş efirə hazırlayan şirkətin aparıcısı və müxbiri işdən azad edilib. 
Bu haqda AZXEBER.COM-a şirkətə yaxın olan mənbə məlumat verib.
Belə ki, Lider TV-də "Mix Maqazin" adlı veriliş efirə hazırlayan şirkətin rəhbəri Zamiq Yunisov hər ay işə yeni işçilər götürüb onları maaşlarını verməyərək müxtəlif bahənələrlə işdən uzaqlaşdırır. Hazırda həmin verilişdə işləyən Ülviyyə Xəlilbəyli (aparıcı), Aygül Rzayeva (muxbir-redaktor) və digər işçilər 1 aydan çoxdur ki, əmək haqqlarını ala bilmədikləri üçün işdən könüllü olaraq ayrılıblar.  
Maraqlıdır ki, layihə rəhbəri işçilərin əmək haqqını ödəyəcəyini desə də, hər gün müxtəlif bəhanələrlə maaş verməkdən boyun qaçırır.Artıq bir ay olar ki, bu üsulla Zamiq Yunisov işçilərini dolandırır.
AZXEBER.COM-a açıqlamasında "Z company" şirkətinin rəhbəri Zamiq Yunisov deyib ki, o, adı keçən şəxslərlə görüşüb və onların hər birinin əməkhaqqını verib:
“Ülviyyə Xəlilbəyli işlədiyi müddətdə öz əməkhaqqını alıb. O sadəcə olaraq, ondan tələb olunan sənədləri bizə təqdim etmədiyi üçün işdən uzaqlaşdırılıb. Konkret olaraq biz ondan şəxsiyyət vəsiqəsinin sürətini tələb etmişdik. O isə, hər dəfəsində bir bəhanə ilə sənədi gətirməyib. Şirkət olaraq onun adını qeydiyyata ala bilmədiyimiz üçün, işdən uzaqlaşdırmaq qərarına gəlmişik. Aygül Rzayevaya gəldikdə isə, biz ona yeni işə başlayanda sınaq müddəti verdik. Sınaq müddətindən kedikdən sonra biz onunla əməkdaşlığa başladıq. Bu zaman onun bizdən başqa, digər bir telekanalda işlədiyini öyrəndik. Və biz onun işlədiyi günləri hesablayıb 150 manat əməkhaqqını vermişik. Bunun ardından əməkdaşlığımızı onunla dayandırmışıq”.
İndiyədək bu halla bir çox işçi heyəti qarşılaşssa da heç biri ilə əmək müqaviləsi bağlanmadığı üçün lazımi orqanlara müraciət edə bilməyiblər.Aygül Rzayevanın dediklərinə görə isə, Zamiq Yunisovun qurbanları tək onlar deyil: "Onun dediklərinin hamısı ağ yalandı. Bunu bizdən əvvəlki onunla işləyən kollektivdə təsdiqləməyə hazırdı. Hamı yalan bir bu doğru oldu? Sadəcə biz hörmət xatirinə 1 ay idi, susurduq. Onun dərsini kimsə verməli idi. Lazimi orqanlara müraciət edib mənim və həmkarlarımı haqqını tələb edəcəm". Ülviyyə Xəlilbəyli isə bu haqda deyib: "Yalan deyir o məni işdən uzaqlaşdırmayıb, buna bütün işçilər şahiddi. Əmək haqqına gəlincə isə o mənim pulumu vermirdi. Heç kanalın vaxtını ödəməyə də pulu yox idi. Verilişi efirdən yığışdırdılar, bizi də aldadırdı ki, guya efir vaxtı dəyişilib. Gördüm ki bu insan fırıdaqçıdı, boşuna vaxtım gedir, buna görə də oradan uzaqlaşdım" AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR