Azərbaycanda stadionda azarkeşi vuran məşqçi cəzalandırıldı

İDMAN
00:09 07.05.2013
1408

Georgi Çixradzenin 10 matçlıq cəzası qüvvədə qalıb.

AZXEBER.COM-un çəlumatına görə, bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. İclasda “Simurq” PFK və “Xəzər Lənkəran” FK-nın müraciətlərinə baxılıb. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub: 1. AFFA-nın İntizam Komitəsinin “Simurq” PFK-nın baş məşqçisi Georgi Çixradze barədə çıxardığı 30.04.2013-cü il tarixli qərarı barədə etdiyi müraciəti baxılmamış saxlanılsın. 2. AFFA-nın İntizam Komitəsinin “Xəzər Lənkəran” FK barədə çıxardığı qərarı (Azərbaycan Kubokunun “Xəzər Lənkəran”- “Bakı” oyununda azarkeşlərin meydançaya daxil olmaları ilə bağlı cərimə) qüvvədə saxlanılsın. Qeyd edək ki, Georgi Çixradze "Xəzər Lənkəran"-"Simurq" matçında azarkeşi vurmuşdu.

OXŞAR XƏBƏRLƏR