Azərbaycanda Su çərşənbəsi qeyd olunur

Azərbaycanda Su çərşənbəsi qeyd olunur
SOSİAL
10:10 27.02.2018
1314
Bu gün Azərbaycanda ilk çərşənbə - su çərşənbəsi qeyd olunur.

AZXEBER.COM xəbər verir ki, bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur.

Bu çərşənbəyə "Əzəl çərşənbə”, "Sular Novruzu” da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

OXŞAR XƏBƏRLƏR