Azərbaycanda subay qızları qəzəbləndirən reklam: ‘Lazer et, ərə get’ - VİDEO

SOSİAL
15:30 24.08.2016
22453

Bakının tanımış gözəllik salonlarından birinin çəkdiyi reklam çarxı sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, reklam çarxında çimərlikdə qıza yaxınlaşmaq istəyən oğlan onun qolunun tüklü olmasına görə başqa bir qıza yaxınlaşır. Və çarxın sonunda həmin gözəllik salonunda özünə baxım edən xanımla ailə həyatı qurur. Maraqlı olan bir digər məqam isə çarxın sonunda “Lazer et, tez ərə get” sloqanı olub.

Məhz bu ifadə xanımlar tərəfindən birmənalı qarşılanmayıb və gözəllik salonun “facebook” səhifəsində bu ifadə ilə bağlı çoxlu sayda tənqidi fikirlər yazılıb. İstifadəçilər bu reklamı Azərbaycanın ən uğursuz PR çarxı adlandırıb və studiyanın səhifəsinə 5 ballıq şkalayla 1 veriblər. 

OXŞAR XƏBƏRLƏR