Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ

Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
SOSİAL
15:27 08.07.2025
252
Bu ilin ilk beş ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, bu ilin yanvar - may aylarındakı yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur.

İlin ilk beş ayında suçiçəyinə yoluxanlardan 9 min 190-ı kişi, 8 min 405-i isə qadındır. Xəstəliyə yoluxanlardan 15 min 602 nəfəri 17 yaşadək, 1 993 nəfəri isə 18 və yuxarı yaşda olan insanlardır.
OXŞAR XƏBƏRLƏR