Azərbaycanda süni intellekt əsaslı hədiyyə axtarışı platforması təsis edilib - Fotolar

Azərbaycanda süni intellekt əsaslı hədiyyə axtarışı platforması təsis edilib - Fotolar
SOSİAL
19:32 15.12.2025
98
Bu gün "IMZA Idea Lab” süni intellekt əsaslı yaradıcı hədiyyə axtarışı və satışı platformasının tərəfdaşlar üçün təqdimat tədbiri keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbir çərçivəsində "IMZA Idea Lab” platforması haqqında ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təqdimat çərçivəsində məlumat verilib ki, insanların gündəlik həyatda qarşılaşdığı ən böyük çətinliklərdən biri müxtəlif əlamətdar günlərdə dəyər verdikləri insanlar üçün yaradıcı hədiyyə seçimidir. Bəzi hallarda hədiyyə alan şəxs ümumiyyətlə nə alacağına dair ideya sahibi olmur, bəzən isə o, əvvəlki illərdə hədiyyə qəbul edən şəxsə müxtəlif hədiyyələr alıb və yenilik axtarışındadır.

www.imzaidea.com platformasının mahiyyəti məhz ondan ibarətdir ki, süni intellekt dəstəyi də daxil olmaqla əlamətdar günlərdə müxtəlif kateqoriyalardan olan insanlar üçün yaradıcı hədiyyə tapmağa kömək edir. Hazırda texnoloji baxımdan innovasiya sayılan belə bir platforma nə Azərbaycanda, nə də hər hansı bir ölkədə mövcuddur.

Saytın balansında olan məhsulların sayı çoxaldıqca süni intellektin səmərəlilik səviyyəsi yüksələcək və istifadəçi üçün daha geniş seçimlər təklif olunacaq.

Platformadan istifadə edərkən istifadəçi hədiyyə almaq üçün mövcud büdcəsini qeyd edir və platforma büdcəyə uyğun 4 hədiyyə seçimi verir. Seçim etdikdən sonra platforma istifadəçiyə elektron ödəmə imkanı və məhsulun ünvana çatdırılması xidmətlərini təklif edir. Saytda öz məhsulunu satışa çıxaracaq biznes tərəfdaşlarının da kifayət qədər qazancı olacaq. Tədbir zamanı tərəfdaşlıq şərtləri və müqaviləsi barədə tərəfdaşlara geniş məlumat verildi.

"IMZA Idea Lab”ın həmtəsisçisi Orxan Əhmədli çıxışı zamanı bildirib ki, platformada istifadə edilən süni intellekt məhz alıcıların istəklərinə uyğunlaşdırılıb: "Süni intellekt barədə sual yarana bilər ki, "mən özüm də hər hansı süni intellekt platformasından istifadə edə bilərəm, əlavə bir vasitə ilə ideya əldə etməyin mənası nədir?”

"Bunu bilməyiniz vacibdir ki, bizim platformada istifadə edəcəyiniz süni intellekt məhz sizin istəklərinizə uyğunlaşdırılıb və buradakı məhsulların arasından sizin axtardığınız hədiyyəni tapmağa kömək edəcək. Hədiyyə alana dair müvafiq fərdi məlumatları daxil etməklə siz həmin şəxsə ən uyğun və özəl hədiyyəni tapmaq, ödənişini edib ünvanınıza çatdırılmasını təmin edəcəksiz. Platformamızın istifadəçi sayının isə hər gün daha da çox artmasını proqnazlaşdırırıq. Bu isə məhsulların real alıcı ilə görüşməsi deməkdir. Bugün çoxsaylı instagram səhifələri var ki, çox yaradıcı əl işləri, fərdiləşdirilmiş hədiyyələr təklif edirlər və insanların çoxu həmin səhifələri tanımadığı üçün diqqətdən kənarda qalırlar. www.imzaidea.com platforması həmin səhifə idarəçiləri və sənətkarların da əl işlərini bir məkana toplayaraq hədiyyə seçimi olaraq istifadəçilərə təklif edə biləcək”.

O.Əhmədli həmçinin platformanın adının "İmza Idea Lab” olmasının səbəbini də açıqlayıb: "Dəyər verdiyiniz insanlara seçdiyiniz hər bir hədiyyə sizin imzanız qədər unikal olmalıdır. O insan özünü daha dəyərli hiss etməlidir. Ona görə platforma məhz "İmza” adlanır. "Idea Lab” isə ingilis dilindən tərcümədə ideya laboratoriyası deməkdir. Bizim platforma məhz laboratoriya prinsipi ilə çalışacaq, siz öz istəklərinizi deməklə müvafiq maddələri kolbaya doldurmuş olacaqsınız, biz sizə yekun maddəni hazırlayıb vermiş olacağıq”.

Qeyd edək ki, ikin mərhələdə platforma internet sayt üzərindən, növbəti mərhələdə isə mobil tətbiq və fiziki məsləhət xidməti şəklində fəaliyyət göstərəcək. Biznes tərəfdaşları öz məhsullarını www.imzaidea.com platforması üzərindən satışa çıxarmaq üçün saytın müvafiq bölməsindən idarəçilərə müraciət edə bilərlər.

Tədbirin yekununda platformanın növbəti 2 həftə müddətində test rejimində, 1 yanvardan etibarən isə tam funksionallıqla işləyəcəyi bildirilib.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
23:58 02.03.2026
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
23:50 02.03.2026
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
Hörmüz boğazında tanker yanır
23:40 02.03.2026
Hörmüz boğazında tanker yanır
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
23:26 02.03.2026
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
23:21 02.03.2026
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
23:13 02.03.2026
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
22:57 02.03.2026
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
22:46 02.03.2026
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
22:35 02.03.2026
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
22:28 02.03.2026
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
22:15 02.03.2026
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
22:07 02.03.2026
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
21:54 02.03.2026
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
21:43 02.03.2026
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
21:34 02.03.2026
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə etdi
21:32 02.03.2026
Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə etdi