Süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri cəzalandırılacaq.
AZXEBER.COM-un məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərini davam etdirir.
Nazirlik istehlak bazarında araşdırmalara başlayıb.Nəzarət tədbirləri və araşdırmalar zamanı qanun pozuntusu, o cümlədən, süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektlərinə qarşı ciddi tədbirlər görüləcək.
Qurum bəyan edir ki, Azərbaycan ərzaq mallarını özü istehsal edir. Ona görə də manatın ucuzlaşması, dolların bahalaşması avtomatik olaraq bu malların da bahalanması demək deyil.
Hətta, bu məsələyə Prezident İlham Əliyev də də öz münasibətini bildirərək deyib ki, bu şəraitdə malları bahalaşdıranlar cəzasız qalmayacaq.