Azərbaycanda sürücü sükan arxasında öldü

Azərbaycanda sürücü sükan arxasında öldü
SOSİAL
11:23 21.10.2023
184
Masallıda 42 yaşlı sürücü sükan arxasında ölüb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə oktyabrın 20-də, saat 22 radələrində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Coşqun Babayev idarə etdiyi "Mercedes" markalı avtomobillə Masallı şəhəri ərazisində hərəkətdə olarkən ürək tutması nəticəsində avtomobilin salonunda ölüb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR