Azərbaycanda sürücülük vəsiqələrinin rüsumu artırılır

Azərbaycanda sürücülük vəsiqələrinin rüsumu artırılır
SOSİAL
22:21 05.06.2018
4949
Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir. 

Bununla bağlı prezident tərəfindən Milli Məclisə "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə təklif təqdim olunub.

 
Dəyişiliyə əsasən, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır.

Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq.
OXŞAR XƏBƏRLƏR