Azərbaycanda sürücünü ələ salan yol polisi özünü çörəksiz və paqonsuz qoyacaq

Azərbaycanda sürücünü ələ salan yol polisi özünü çörəksiz və paqonsuz qoyacaq
SOSİAL
16:28 26.01.2017
1177
Sürücünü ələ salan polis özünü çörəksiz və paqonsuz qoyacaq
 
Sürücü ilə etikadan kənar davranışa yol verən DYP əməkdaşının videosu mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə yol açmışdır. Bəs görəsən belə ictimai rezonansın səbəbi nədir? Əvvəllər buna bənzər davranışa yol verənlərin sərt cəzalandırılmasına baxmayaraq nəyə görə bəzi əməkdaşlar nəticə çıxarmırlar? Avtosfer.az məsələyə aydınlıq gətirilməsi üçün yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət edib O, bildirdi ki, polisin bütün xidmətlərinin, xüsusən də yol polisinin fəaliyyəti daim ictimai diqqət mərkəzindədir. Ona görə də belə anormal hallar rezonans doğurur. Amma hansısa dayaz düşüncəli, məsuliyyətsiz işçinin belə hərəkətini əsas tutaraq bütövlükdə DYP-nin işinə qiymət vermək olmaz. Bu xidmətdə minlərlə insan çalışır. Onların arasında bir-iki mədəniyyətsizin, öz qulluq mövqeyini anlamayanın, ona hansı işin tapşırıldığını dərk etməyənin olmasını faciə saymaq ciddi səhv olar. Belələri olur və dərhal da xidmətdən uzaqlaşdırılır. Əlbəttdə, heç olmasa, lap yaxşı olardı. Amma bilirsiz, savadlı və peşəkar polis əməkdaşı kimi yetişmək ağır zəhmət və uzun müddət deməkdir. Görünür, hər kəs bu əziyyəti çəkmək istəmir, düşünür ki, bir təhər keçinəcək. Nəticə də belə olur. Yenə də vurğulamaq istəyirəm ki, bu kimi hallar yol polisinin ümumi işinə qiymət verməyə meyar ola bilməz. Baxın, yollarda hər hansı problem olanda, tıxac yarananda ilk olaraq onları yada salırıq. Şəxsən mən dəfələrlə görmüşəm ki, topuqdan yuxarı qarlı-palçıqlı suyun içində, yağışın altında dayanan əməkdaş hərəkəti tənzimləyir. Məncə, vətəndaşlarımızın əksəriyyəti yol polisini məhz belə təsəvvür etsə, daha düzgün olar. Hüquqşünas qeyd etdi ki, yol polisinin xidməti yollarımızda təhlükəsizliyin ən əsas təminatlarından biridir: "Bunu hər bir əməkdaş da gözəl bilməli və əsas diqqət təhlükəsiz və fasiləsiz hərəkətin təmininə yönəlməlidir. İntizamsız sürücünün dayandırılıb məsuliyyətə cəlb edilməsi də təhlükəsizliyin təmininə xidmət edir. Amma bunun da dəqiq qaydası, vətəndaşla ünsiyyət forması var. Müasir dövrdə hər bir əməkdaş buna da ciddi riayət etməlidir ki, polisə etimadı daha da gücləndirsin. Onlar bilməlidirlər ki, sürücünü ələ salan polis özünü çörəksiz və paqonsuz qoyacaq.
 
Bu kimi eybəcər mənzərələrin yaranmaması üçün nə edilməsi sualını da cavablandıran Ərşad Hüseynov vurğuladı ki, hər şey qanunlara ciddi riayət olunması və səmərəli nəzarətlə bağlıdır. Xidmət hər yerdə xidmətdir. Səngərdəki əsgər yatarsa, öz silahdaşını düşmənin rahat hədəfinə çevirmiş olur. Polis də belədir. Konkret əməkdaşın etdiyi kobudluq və qanunsuzluq bütün xidmətə kölgə sala bilir. Bunu görən insan bayaq dediyim kimi, qarda-sudakı xidməti yaddan çıxarır. Ona görə də hər kəs öz məsuliyyətini hiss etməli, peşəkarlığını artırmalıdır. Həm də nəzarət ciddi olmalıdır. Polisdə çox sərt nəzarət var: ümumi daxili nəzarət, birbaşa komandir və rəislərin nəzarəti və s. Burada da boşluqlar olmamalıdır. Hər bir əməkdaş bilməlidir ki, yol verdiyi hər qanunsuzluq onun karyerasına zərbədir, hətta işini də itirə bilər. Ona görə də peşakarlığı artırmaq lazımdır. Bilirsiniz ki, hər il xeyli əməkdaşın işdən çıxarılır, aşağı vəziflərə keçirilir və başqa cəzalar alır. Gərək hər kəs bunu unutmasın. Hər bir halda düşünürük ki, bu hadisə və DYP rəhbərliyinin həmin əməkdaşlar barədəki sərt tədbirləri tək-tük belə məsuliyyətsiz əməkdaşlara ciddi dərs olacaq. Minlərlə əməkdaşın ağır zəhmətini belə axmaq hərəkətlərlə yerə vuran, ən başlıcası, indiki şəraitdə öz çörəyini və karyerasını itirən əməkdaşları başa düşmək doğurdan da çətindir. Ümid edək ki, bundan sonra hər kəs daha məsuliyyətli və diqqətli olacaq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır