Azərbaycanda tanınmış müəllim koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanda tanınmış müəllim koronavirusdan vəfat etdi - FOTO
SOSİAL
10:23 02.09.2021
1069
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) Neft-qaz geologiyası kafedrasının dosenti Nəriman Nərimanov dünyasını dəyişib.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, o, 82 yaşında koronavirusdan vəfat edib.

Nəriman Nərimanov neft-qaz yığımlarının axtarışı, struktur-tektonik quruluşu, geodinamik rejimi, kristallik bünövrənin neft-qaz perspektivliyi, süxurların petrofiziki xüsusiyyətləri istiqamətində elmi tədqiqatlar aparıb.

O, 93 məqalə, 18 tezis, 2 dərslik, 9 metodik göstərişin müəllifi olub.
 

 


OXŞAR XƏBƏRLƏR