Azərbaycanda tanınmış seysmoloq vəfat etdi

Azərbaycanda tanınmış seysmoloq vəfat etdi
SOSİAL
10:53 31.08.2024
403
Respublika Seysmoloji Xidmət Mərkəzinin "Kompleks geokimya tədqiqatları" şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Ramidə Kərəmova vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, R.Kərəmova uzun sürən xəstəlikdən sonra 77 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R.Kərəmova 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geoloji-kəşfiyyat fakültəsində "faydalı qazıntılar yataqlarının axtarışı və kəşfiyyatı" ixtisası üzrə ali təhsil alıb. Daha sonra həmin universitetdə "hidrogeologiya" ixtisası üzrə aspirantura oxuyub.

Bir neçə elmi əsərin müəllifi olan R.Kərəmova həm də Azərbaycan Seysmoloqların Assosiasiyasının üzvüdür.

1979-cu ildə Azərbaycanda ilk dəfə olaraq, R.Kərəmovanın rəhbərliyi altında güclü zəlzələlərin seysmik proqnozu məsələlərinin həlli üçün yeni elmi istiqamət - seysmogeokimya işlənməyə başlayıb və elmin üç sahəsinin - hidrogeologiya, geokimya və seysmologiya kəsişməsində yaradılıb.

Xəzər akvatoriyasında, Azərbaycanın və həmsərhəd ölkələrin (Rusiya-Dağıstan, Gürcüstan, Ermənistan, Türkiyə, İran) ərazilərində seysmoflüidogeodinamik (SFGD) sahələrinə əsasən seysmik vəziyyətin operativ qiymətləndirilməsi üçün ilk dəfə olaraq "SEISMOGEOCHEMICAL on-line" texnologiyası yaradılıb.

O, avtomatlaşdırılmış 4 ekspress-metodlardan ibarətdir. Riyazi düsturlar və proqram təminatı üçün alqoritmlər R. Kərəmova tərəfindən hazırlanıb.

R.Kərəmova tərəfindən SFGD monitorinqi əsasında geolojikəşfiyyat quyularının qazılması zamanı baş verən qəzaların qarşısının alınması üçün metod işləyib hazırlanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
22:30 19.03.2026
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
22:16 19.03.2026
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
22:08 19.03.2026
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
“Sabah” doğma meydanda qələbə qazandı
21:59 19.03.2026
“Sabah” doğma meydanda qələbə qazandı
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
21:53 19.03.2026
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
21:48 19.03.2026
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
21:41 19.03.2026
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
21:33 19.03.2026
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
21:24 19.03.2026
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
21:13 19.03.2026
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib