Azərbaycanda tanınmış şirkətdən şəhid ailəsinə dəstək - FOTOLAR

SOSİAL
19:12 22.09.2020
1790
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs imzalandıqdan bəri sərhəddə atışmalar, atəşkəsin pozulması, düşmənin təxribatları adətən işğal olunmuş ərazilərdə baş verirdi. Bu ilin iyul ayında isə düşmən gözlənilmədən Azərbaycan - Ermənistan sərhədində yerləşən Tovuz rayonunun Ağdam kəndini atəşə tutdu. Daha sonra ağır artilleriya atəşləri Tovuzun digər sərhəd kəndlərinə də yönəldi. Ordumuz düşməni layiqli zərbə ilə geri oturtsa da, hərbçilər və dinc sakinlər arasında şəhid olanlar, yaralılar oldu.

Həmin günlərdə xalq öz ordusunun arxasında durdu. Hər kəs bir yolla dəstək olmağa çalışdı. Könüllü döyüşə qatılmaq üçün can atmaqdan tutmuş, əsgərə ərzaq daşımağa qədər... Təbii ki, hər zaman olduğu kimi, şəhid ailələri də yaddan çıxmadı. Dövlətin dəstəyi ilə yanaşı, iş adamları, müxtəlif sahələrdə çalışan şəxslər, iş adamları şəhid ailələrinə baş çəkdi, maddi və mənəvi cəhətdən dəstək oldular. 

AZXEBER.COM xəbər verir ki, bu dəstək hələ də davam edir. 

Tovuz döyüşlərində şəhid olmuş, gizir Yaşar Babayev və baş əsgər Elşad Məmmədovun ailəsini Azərbaycanda gigiyena məhsulları və uşaq bezləri sektorunun aparıcı şirkətlərindən olan "VƏLİOĞLU-2018” öz məhsulları ilə ödənişsiz təmin edəcək. 

Belə ki, şirkət, şəhid Yaşar Babayevin qızı Narin Babayevanın və şəhid Elşad Məmmədovun Məhəmməd adlı  7 aylıq övladının gigiyena məhsullarını (Predo bezləri, nəm salfetləri, uşaq şampunları ), həmçinin, ailəni Predo yuyucu tozları, Kris sabunları və Lexi şampunları kimi məhsulları ilə təmin edəcək. 

Şirkət 2018-ci ildən "Predo" uşaq bezləri və baxım lexi şampunları, kris sabunları məhsullarının satışı və rəsmi distribütorluğu ilə məşğuldur. 2 ildir fəaliyyyət gösdərməsinə baxmayaraq, şirkət bir çox xeyriyyə tədbirlərində aktiv iştirak edib, amma bunu ictimaiyyətləşdirməyib. 

Belə həssas məqamda öz dəstəyini əsirgəməyən hər kəsə olduğu kimi, "VƏLİOĞLU-2018" şirkətinə də, belə bir rəqabətli sektorda, ticari sahədə, öncəliyinin insanlara ən yaxşı şəkildə xidmətin olması, həmçinin də humanist, sosial duyarlılığı ilə ölkə iqdisadiyyatına olan dəstəyinə görə, xüsusi təşəkkür düşür.






OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:44 26.10.2020

Ermənilər Tərtərə top mərmiləri atdı, evlər dağıldı - FOTO

13:11 26.10.2020

Prezident: "O qədər mənasız görüş olub ki..."

13:08 26.10.2020

İlham Əliyev: "Əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar"

13:07 26.10.2020

Prezident: "Yeni yaşayaş məntəqələri işğaldan azad olunub"

12:59 26.10.2020

İlham Əliyev: "Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu?"

12:56 26.10.2020

Prezident: "Vasitəçi ölkələr özü üçün gərək yeni bir funksiya fikirləşələr"

12:53 26.10.2020

İlham Əliyev: "“Biz yeni reallıq yaratmışıq, hesablaşın!"

12:50 26.10.2020

Ali Baş Komandan: "Axıra qədər gedəcəyik, sonacan gedəcəyik"

12:49 26.10.2020

Prezident: "Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram"

12:47 26.10.2020

Prezident: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”

12:42 26.10.2020

“Yığılmışıq boğaza bu danışıqlardan”

12:32 26.10.2020

Prezident: "Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib”

12:30 26.10.2020

İlham Əliyev: "Biz dünya ictimaiyyətini münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq"

12:18 26.10.2020

Ağcabədi rayonu atəşə tutuldu - MN

12:05 26.10.2020

Prezident İlham Əliyev xalqa müraciət edəcək

12:04 26.10.2020

MN: Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi xəbəri yalandır