Azərbaycanda tanınmış vəkil koronavirusa yoluxdu

Azərbaycanda tanınmış vəkil koronavirusa yoluxdu
SOSİAL
10:56 11.03.2021
403
Azərbaycanda tanınmış vəkil koronavirusa yoluxub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report”a Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov bildirib.

Onun sözlərinə görə, VK-nın Rəyasət Heyətinin üzvü vəkil Muxtar Mustafayev bir müddətdir ki, COVID-19-a yoluxub və hazırda dövlət tibb müəssisəsində stasionar şəraitdə müalicə alır:

"Bu gün bir neçə günlük fasilədən sonra özü ilə şəxsən təmasda oldum. Muxtar müəllimin sağlıq durumu normaldır, ona göstərilən tibbi xidmətlərin səviyyəsindən tam razılığını bildirdi”.
OXŞAR XƏBƏRLƏR