Azərbaycanda təcili yardım stansiyasının həkimi koronavirusdan öldü - FOTO

Azərbaycanda təcili yardım stansiyasının həkimi koronavirusdan öldü - FOTO
SOSİAL
14:52 26.07.2020
3264
Sumqayıt Şəhər Təcili Tibbi Yardım stansiyasının həkimi Xasay Bayramov məlum koronavirus səbəbindən bu gün vəfat edib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, həkim-pediatr Xasay Bayramov 17 gün Bakıdakı xəstəxanalardan birində müalicə alırmış. 

Onun bir neçə gün əvvəl vəziyyətinin yaxşılaşdığı bildirilib. Ancaq X.Bayramovun səhhəti bu gün qəfildən ağırlaşıb. 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 

 


OXŞAR XƏBƏRLƏR