Azərbaycanda tədris nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda tədris nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA
SOSİAL
23:35 14.04.2020
2096
"Təhsil sistemi çox böyük bir sistemdir. Təhsil sistemində tədrisin tam olaraq bərpa olunması iki milyon insanın gündəlik hərəkəti deməkdir”.

Bunu Təhsil naziri Ceyhun Bayramov AZTV-də yayımlanan "Hədəf” proqramında bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır:

"Koronavirus pandemiyasına qarşı çevik və zamanında görülən tədbirlər nəticəsində ölkəmizdə vəziyyət nəzarətdədir. Nazirlər Kabineti yanında operativ qərargah bütün məsələləri və riskləri nəzərə alaraq, ölçülüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək”.

"Dərslərin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə, ictimaiyyətə məlumat veriləcək”, - deyə nazir qeyd edib.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR