Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı hazırlanacaq, reyestri aparılacaq

Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı hazırlanacaq, reyestri aparılacaq
SİYASƏT
16:37 11.03.2025
241
Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” 14 fevral 2025-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətinə təhlükə potensiallı obyektlərin siyahısını və təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydasını hazırlayıb Prezidentə məlumat verməlidir.
OXŞAR XƏBƏRLƏR