Azərbaycanda tələbə qız təşkilat sədri seçildi

GƏNCLİK
11:30 25.05.2014
4374

“Gənc Dost” Gənclərin İnkişaf Mərkəzi Gənclər İctimai Birliyinə yeni rəhbər seçildi. 

Gəncə Musiqi Kollecinin tələbəsi olan Nərmin Hüseynova bu təşkilatın ən fəal üzvlərindən biri, fərdi layihə rəhbəri və müxtəlif ictimai təşkilatlarda könüllü və üzv olaraq təmsil olunub, təhsil aldığı təhsil müəssisəsində tələbə gənclər təşkilatının fəaliyyətində fərqləndiyinə görə dəfələrlə diplom və digər müxtəlif mükafatlara layiq görülüb.

Onu da qeyd edək ki, “Gənc Dost” Gənclərin İnkişaf Mərkəzi Gənclər İctimai Birliyi 2006-ci ildə Samux rayonunda yaradılmış ilk gənclər təşkilatıdır. Təşkilat bu müddətə qədər 20-ə yaxın layihəsini Qərb regionunda həyata keçirib.

Son zamanlar təşkilat Gəncə şəhərində öz fəaliyyətini daha da geniş davam etdirir.

“Biz idarə heyətinin ilk iclasını keçirdik və yeni tərkibi seçdik. Qarşıda yeni planlarımız və ideyalarımız var. Yeni uğurlar bizi gözləyir” deyə Nərmin Hüseynova vurğulamışdır.

Təşkilatın Azərbaycanın Qərb regionunun Gəncə şəhəri, Samux , Göygöl və Goranboy rayonlarında nümayəndəlikləri fəaliyyət göstərir. Umumilikdə təşkilatın 200-dən çox üzvü vardır.

OXŞAR XƏBƏRLƏR