Azərbaycanda tələbələr arasında dava ölümlə nəticələndi - FOTO

Azərbaycanda tələbələr arasında dava ölümlə nəticələndi - FOTO
SOSİAL
09:00 18.11.2022
204
Lənkəranda tələbələr arasında kütləvi dava olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, insident ölümlə nəticələnib.

İlkin məlumata görə Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Buna baxmayaraq, xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat veriləcək.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR