Azərbaycanda tələbələrin qaldığı ev partladı - VİDEO
16:48 28.02.2013
1645
Ağcabədidə evlərdən birində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə tələbələrin qaldığı evdə olub. Evin sahibi Rəfiqə Vəliyevanın sözlərinə görə, otaqda 4 nəfər yaşayırmış. Hadisə baş verən zaman onlardan yalnız biri, Sadiq Kamallı evdə olub.Partlayış nəticəsində evin pəncərələri sınıb, dam örtüyü və evdəki əşyalara ziyan dəyib. Sadiq Kamallı isə dərhal Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, onun bədəninin üz və əl nahiyəsində II dərəcəli termik yanıqlar olub.Sadiq Kamallıya ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır. O, valideynlərinin istəyi ilə paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.