Azərbaycanda təlim maşını qəzaya uğradı - Ölən var

Azərbaycanda təlim maşını qəzaya uğradı - Ölən var
SOSİAL
14:26 16.06.2023
951
Hacıqabulda ölümlə nəticələnən yol qəzası olub.
 
Hadisə Şirvan-Hacıqabul magistralında baş verib. "VAZ 21015” markalı avtomobillə Hacıqabul sürücülük məktəbinin təlim avtomobili toqquşub.
 
Nəticədə "VAZ 21015” markalı avtomobilin sürücüsü, Gəncə sakini Osmanov Vüqar Osman oğlu hadisə yerində ölüb. Digər sürücü, 1951-ci il təvəllüdlü Hüseynov Zakir Sərdar oğlu Şirvan xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
///APA
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR