Azərbaycanda “Topaz” obyekti işlədən gənci vəhşicəsinə öldürdülər

Azərbaycanda “Topaz” obyekti işlədən gənci vəhşicəsinə öldürdülər
SOSİAL
14:37 14.05.2019
3924
Sumqayıtda "Topaz” məntəqəsini işlədən şəxsi öldürən qrupun 2 üzvü Ali Məhkəməyə müraciət edib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci, yəni, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilmiş Eyvazov Murad Nizaməddin oğlu və Bağırzadə Fərid Eldəniz oğlu işə yenidən baxılmasını və üzərlərindəki maddənin dəyişdirilməsini xahiş ediblər.

İşə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Fərid Bağırzadə 19 il, Murad Eyvazov 18 il, Əkbər İsgəndərov, Kamran Qurbanovun isə hər biri 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 24-də Füzuli rayon sakini Amal Nadirli Sumqayıt şəhərində bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülərək öldürülüb.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İskəndərov həbs ediliblər.

Təqsirlındirilən şəxslər soyğunçuluq məqsədilə əlbir olaraq Saray qəsəbəsində yerləşən "Topaz" bukmeker kontorunda işləyən Amal Nadirli ilə bağlı cinayət əlaqəsinə giriblər.

Amal Nadirliyə hücum edərək üstündəki pulları ələ keçirmək məqsədilə sentyabrın 24-də Kamran Qurbanov mobil telefon vasitəsilə dəstənin digər üzvlərinə zəng edərək Amal Nadirlinin obyektdən çıxdığını gördüyünü deyib. Dəstənin digər üzvləri Çingiz Babayevin avtomobili ilə onu təqib ediblər.

Amal Nadirli Sumqayıtda avtobusdan düşərək, bir qədər piyada gedəndən sonra quldurlar ona hücum edib, onu döyüb, ciblərini soyublar.
Onlar Amal Nadirlinin üzərində olan cəmi 550 manatı götürərək, hadisə yerindən qaçıblar.

Amal Nadirli xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək olmayıb.
 
///News24.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu