Azərbaycanda torpaq zəifləyir – Məhsul azalır, qazanc düşür - HƏLLİ

Azərbaycanda torpaq zəifləyir – Məhsul azalır, qazanc düşür - HƏLLİ
İQTİSADİYYAT
11:32 13.10.2025
204
Son illər Azərbaycanda torpaqların vəziyyəti pisləşir: şoranlaşma, turşulaşma (pH balansının pozulması) və qida maddələrinin tükənməsi fermerləri çətin duruma salıb. Torpaq nəfəs almırsa, bitki də inkişaf etmir. Nəticədə məhsuldarlıq azalır, fermer xərclərini güclə ödəyir, qazanc isə ildən-ilə aşağı düşür.

AZXEBER.COM xəbər verir ki, bu problemi aradan qaldırmağın təbii və sınaqdan çıxmış yollarından biri dolomit unudur. Kalsium (Ca) və maqnezium (Mg) ilə zəngin bu maddə torpağın strukturunu gücləndirir, hava və su dövranını yaxşılaşdırır, torpağın pH səviyyəsini tənzimləyərək turşuluğu azaldır. Bu da bitkilərin qida maddələrini daha yaxşı mənimsəməsinə və məhsulun keyfiyyətinin artmasına səbəb olur.

Dolomit həmçinin torpaqda zərərli duzların qarşısını alır, köklərin sağlam inkişafını dəstəkləyir və bitkinin davamlı məhsuldarlığını təmin edir.

Bu məsələ yalnız fermerin deyil, həm də kənd təsərrüfatı gübrələrini və torpaq bərpaedici vasitələri təmin edən şirkətlərin üzərinə düşür. Çünki sağlam torpaq olmadan nə fermer qazana bilər, nə də kənd təsərrüfatı sektoru inkişaf edə bilər.

Bu mövzunu çoxları hələ də unudub, amma Agricola.az artıq məsələni diqqət mərkəzinə gətirib. Şirkət yüksək keyfiyyətli dolomit ununu ölkəyə gətirərək fermerlərə təqdim edir – məqsəd torpağı canlandırmaq, məhsuldarlığı sabit saxlamaq və fermerin qazancını qorumaqdır.

Unutmayaq: torpağı qorumaq – gələcəyin məhsulunu və gəlirinizi qorumaq deməkdir.

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR