Azərbaycanda toya gedənlər qəzaya düşdü - Ölən və xəsarət alanlar var

Azərbaycanda toya gedənlər qəzaya düşdü - Ölən və xəsarət alanlar var
SOSİAL
11:07 09.01.2023
167
Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Toy karvanına daxil olan "VAZ 2107" markalı avtomobil " Mercedes" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən və xəsarət alan şəxslər toya gedirlərmiş.
OXŞAR XƏBƏRLƏR